Şənbə , Fevral 27 2021
azfa

Erməni tarixçisi: “Rusların fəthindən əvvəl ermənilər burada heç vaxt çoxluq təşkil etmirdilər”

GADTB: Bundan əvvəl, rus mənbələrinə istinadən, ermənilərin Azərbaycan ərazilərinə necə köçürüldüyünü və say etibari ilə çox sayda olmadıqlarini göstərdik. Lakin bununla belə erməni xəyalpərəstləri və saxtakarları və onlari dəstəkləyənlər bunların hamısının həqiqətə uyğun olmadığını deyərək inadkarliq gostərirlər. Bu dəfə isə, Türkmənçay müqaviləsindən əvvəl Qafqazda ermənilərin çox olması barədə yalanı, erməni tarixçisi, Kolumbiya Universitetinin professoru Corc (Gevork) Burnutyan tərəfindən ifşa edildi.

O yazır: “1830-cu ildən sonra, statistikadan danışan bir sıra erməni tarixçiləri, İranın (Qacar) hokmranlığı dönəmindəki (yəni, Türkmənçaydan əvvəl) Şərqi Ermənistandakı (Burnutyan, bunula Arpaçay çayının şərqindəki Qafqaz ərazilərini nəzərdə tutur) erməni əhalisinin sayını  səhv qiymətləndirərək, əhalinin ümumi sayından 30 faizdən 50 faizə qədər olan rəqəmləri gətirirlər.

Əslində rəsmi statistikaya görə, Rusiya fəthindən sonra ermənilər, Şərqi Ermənistanın ümumi əhalisinin 20 faizinə güclə çatırdılar, müsəlmanların sayı isə 80 faizdən çox idi. Hər halda, Rusiyanın fəthindən əvvəl ermənilər burada heç vaxt çoxluq təşkil etmirdilər. Kameral Təsvir, Şərqi Ermənistanın bir neçə mahallarındaki erməni çoxluğuna dəlalət versə də, bu dəyişiklik bu bölgədən 35 mindən çox müsəlmanın mühacirətindən sonra baş verdi.

Beləliklə, İran (Qacar) idarəçiliyi illərində (bölgənin Rusiya imperiyası tərəfindən fəth edilməsindən əvvəl) heç bir bölgədə erməni çoxluğuna dair bir dəlil yoxdur. Bəlkə də yerli səviyyədə ermənilərin əksəriyyətini təşkil etdiyi yeganə yer, erməni mənəvi mərkəzi olan, Kərbibasar mahalında yerləşən Üç-Kilisin (Üçmüədzin) idi. Minlərlə müsəlmanın getməsi və buradan İrandan (Qacar ​​dövləti) və Osmanlı İmperiyasından, 57 min erməni mühacirinin gəlməsi ilə, 1832-ci ilə qədər xristian əhali xeyli çoxaldı və müsəlmanlarla bərabər səviyyədə oldu.

Və yalnız 1855-56 və 1877-78-ci illərdə Rusiya-Türkiyə müharibələrindən sonra Osmanlı İmperiyasından bölgəyə daha çox erməninin gəlməsi və daha çox müsəlmanların buradan getməsi ilə ermənilər nəhayət burada əhalinin əksəriyyətini təşkil etdilər. Ama buna baxmayaraq bundan sonra da, 20-ci əsrin əvvəllərinə qədər İrəvan şəhəri əsasən müsəlman olaraq qaldı. “

millikimlik

(Джордж Бурнутян, «Этнический состав и социально-экономическое положение в Восточной Армении в первой половине XIX века»)

Həmçinin yoxlayın

Tarix səhnəsində yoxa çıxan xalq – Qıpçaqlar

GADTB: “Kuman”, ruslar “Polovtsi”, almanlar və digər avropalı xalqlar “Falben”, “Valani”, “Pallidi” adlandırmışdılar. Bu adların …

Hollandiya parlamenti Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğur türklərinə qarşı …