Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

Ermənilər Ağdamda da azərbaycanlıların evlərini və meşələri yandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan ordusu Ağdamda ekoloji terror törətməyə başlayıb. Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, üçtərəfli bəyanata əsasən Ermənistan işğal etdiyi Ağdam rayonunu noyabrın 20-nə kimi tamamilə boşaltmalıdır:

“Ancaq erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır”.

Qeyd edək ki, ermənilər Kəlbəcərdən də bu cür çıxır. Onlar son 25 ildə məskunlaşdırları və bu vaxta qədər heç vaxt yaşamadıqları ərazilərimizdən çıxarkən evləri, meşələri, hətta məktəbləri yandırır, çoxillik ağacları kəsib maşınlarla daşıyır, hətta apara bilmədikləri ev heyvanlarını öldürürlər.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın