Cümə axşamı , İyul 25 2024
azfa

Ermənilər alban kilsələrindəki xaçları silərək yerinə erməni xaçı çəkiblər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tuğ kəndində işğaldan qabaq azərbaycanlılar çoxluq təşkil edib.

Bunu Report-a açıqlamasında tarixçi-alim Nazim Tapdıqoğlu deyib.

Onun sözlərinə görə, Xocavəndin Tuğ kəndində olan tarixi-memarlıq abidələri demək olar, soyqırıma məruz qalıb:

“İstər Tuğda, istərsə də digər işğaldan azad olunmuş torpaqlarımızdakı məbədlərimizi, xüsusən də alban kilsələrini ermənilər öz adlarına çıxarıblar. Onlar alban kilsələrindəki xaçları silərək öz xaçlarını çəkib dünyaya öz məbədləri kimi tanıtmaq istəyiblər. Onlar bizim toponimlərimizə kimi dəyişiklik ediblər”.

N.Tapdıqoğlu Tuğ kəndinin qədim torpaqlarımızdan olduğuna diqqət çəkib:

“Tuğ qədim kəndlərimizdən biridir. Hazırda burda heç kim yaşamasa da, lakin işğala qədər kənddə 2 mindən artıq sakin yaşayırdı. Bunlardan 1400-ə qədəri azərbaycanlılar, qalanları isə ermənilər idi. Burada yaşı 135-ə yaxın olan məktəb fəaliyyət göstərirdi. “Qarabağnamə”lərin müəlliflərindən biri olan Mir Mehdi Xəzani tərəfindən tikilmiş bir məktəbdir. Onun da məzarı bu kənddədir. Bu məktəbin çoxlu sayda məzunları olub. Məsələn, Xudadat bəy Məlikaslanov, Cavad bəy Yeqanov və digər dəyərli ziyalıların adını çəkə bilərik”.

Tarixçi-alim buradakı Ktiş qalasının orta əsr memarlıq üslubunda inşa edildiyini qeyd edib:

“9-cu əsr məlumatlarına baxarkən, biz Xürrəmilər hərəkatı zamanında babəkilərin Araz çayını keçərək Tuğ ərazisində yadellilərə qarşı mübarizə apardığının şahidi ola bilərik. Ümumiyyətlə, Tuğda çox görkəmli nəsillər yaşayıb. Məlikaslanovlar, Yeqanovlar, Aslanbəylilər, Səlimbəylilər, Cəfərovlar, Vəliuşaqlılar və digərləri”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …