Cümə axşamı , Dekabr 2 2021
azfa

Ermənilər Azərbaycanın tarixi Zəngəzur ərazisini tədricən tərk edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.

Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.

Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.

Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir.

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …