Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, razılaşdırılmış demarkasiya xəritələrinə əsasən, Kirants bölgəsində Gürcüstanla dövlətlərarası yolun ərazidən keçən və əsas körpünün yerləşdiyi bir hissəsi Azərbaycanın nəzarəti altına düşür.

Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidən Ermənistan ordusunun döyüş mövqelərinin sökülməsi üçün kəndə xüsusi texnikalar gətirilib. Mövqelər tamamilə söküldükdən sonra həmin ərazinin də minalardan təmizlənərək Azərbaycana təhvil veriləcəyi bildirilir.

Həmçinin yoxlayın

Sayın Ərsin Tatar sayın Mikayil Oyta və Sara xanım Azərsunun idarə etdiyi radionun efirində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sidneydə səfərdə olan Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı …

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …