Ermənilər İran rejiminin dəstəyi ilə Tehranda Türkiyə qarşı etirazlara hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin dəsatəyi ilə bu ölkədə yaşayan ermənilər Türkiyə və Azərbaycana qarşı qondarma soyqırımın anım tədbirlərinə hazırlaşırlar.

II Qarabağ savaşında Türkiyənin Azərbaycana öz ərazi bötüvlüyünü bərpa etmək üçün dəstək verməsi İran rejimi və erməni Türkiyə və Azərbaycana qarşı daha artıq qəzəbləndirmişdir.

Tehranda erməni yepskopluğunun yaydığı məlumata görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantinə baxmayaraq ermənilər  24 aprel aksiyaları üçün İrandan icazə ala bilib.

Ermənilər İran rejiminin dəstəyi ilə Azərbaycan və Türkiyəyə qarşı Tehranda plakatlar asıblar. Tehran bələdiyyəsi şəhərdə, xüsusilə Kərimxan bölgəsində yerləşən Sarkis kilsəsi ətrafında Türkiyə və Azərbaycana qarşı çoxsaylı plakatlar asıb.

İran rejiminin Türkiyə və Azərbaycana qarşı şəhərdə asdığı plakatlarda o cümlədən yazılıb: “Tarix təkrar olur, Osmanlı Türkiyəsi tərəfindən erməni soyqırımının 106-cı ildönümü”, “24 aprel ermənilərin Osmanlı Türkiyəsi tərəfindən soyqırıma uğradığı gündür”, “Türkiyə dövlətinin Neoosmanlı siyasətini pisləyir və bunu bölgə stabilliyinin pozulmasında, zorakılğın artmasında əsas amil hesab edirik”. Həmin plakatlarda həmçinin Şuşanın Qazançı kilsəinin şəkli də təsvir olunub.

Erməni Yepskopluğunun bildirişində həmçinin Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinə, minlərlə erməni əsgərinin ölümünə toxunulur və İran erməniləri, eləcə də erməniləri dəstəkləyən iranlıları bu ilki aksiyalarda daha çox mütəşəkkil iştirak etmələrini istəyib.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …