Bazar ertəsi , Yanvar 17 2022
azfa

Ermənilər Naxçıvanı atəşə tutdu, Azərbaycan hərbçi yaralandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …