Ermənilər qanunsuz şəkildə Qarabağa yüzlərlə PUA daşıyıb

GADTB: Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.

Məqalədə ABŞ-ın bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

“Bu siyahı təcili tamamlanmalı və Ruben Vardanyan da ora daxil edilməlidir”, – məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:

“Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri – red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.

Onlardan təxribatlar – məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, – “Eureporter” qeyd edib.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …