Cümə axşamı , May 1 2025
azfa

Ermənilər tarixi saxtalaşdırmaq üçün Kərkicahanda abidə tikiblər – Video

GADTB: Ermənistan özünün saxta tarixini təbliğ etmək məqsədilə müxtəlif addımlar atır.

Bu barədə Baku TV-nin yeni layihəsi olan “Qarabağ xronikası” proqramının efirində bildirilib.

Qarabağın işğalı dövründə Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində tikilən nəhəng kompleks də məhz ermənilərin yalançı tarixlərinin “real faktlarla” əsaslandırılması cəhdləri ilə bağlıdır.

Bu, ermənilərin Xankəndinin guya tarixi erməni torpaqları olduğunu göstərmək səylərinin təzahürüdür. Belə ki, ermənilər tarixi saxtalaşdırmaq, təkcə beynəlxalq ictimai rəyi yox, həm də daxili ictimai şüuru çaşdırmaq üçün yalançı tarixi abidələr inşa etməkdən də çəkinməyiblər.

Bütün bunlar bir daha göstərir ki, ermənilər həmişə saxta tarix yazmaq üçün çalışıb və bununla beynəlxalq dəstək qazanmaq istəyiblər.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …