Ermənilər Zəngəzur dağlarının əsas yüksəkliklərinin Azərbaycanın nəzarətinə keçdiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Kiçik Qafqazın şərq hissəsində, Zəngəzur dağ silsiləsində əsas yüksəkliklər Azərbaycanın nəzarətinə keçib”.

Bu barədə tədqiqatçı-jurnalist Narine Kirakosyan bildirib. Onun sözlərinə görə, Qaragöllə yanaşı, Azərbaycan Ordusu Sisian və Gorus rayonlarında önəmli yüksəklikləri, örüş sahələrini və su mənbələrini nəzarətə götürüb.

 “Azərbaycan Ordusu tədricən Zəngəzurun içərilərinə doğru irəliləyir. Onların sayı 1000-i keçib. Azərbaycanlılar Zəngəzur dağlarının əsas yüksəklikləri ilə yanaşı, Kür və Araz çaylarının əraziyə axan qollarına da nəzarət edir. Onlar Qafan aeroportunun 20, Sisian aerodromunun isə 3 kilometrliyində mövqe qurub”.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …