Çərşənbə axşamı , İyul 15 2025
azfa

Ermənilərin dağıtdığı aşıq Dədə Şəmşirin məzarının görüntüləri yayılıb – Video

GADTB: Azərbaycanın tanınmış ustad aşıqlarından olan Dədə Şəmşirin ermənilər tərəfindən dağıdılmış məzarının görüntüləri yayılıb.

Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Kəlbəcər Ermənistanın işğalına məruz qaldığı dövrdə Ağdabanda yerləşən məzarı dağıdılmışdır.

Məzarın daıdılması barədə kadrlar “İTV Xəbər”də yayımlanıb.

Qeyd edək ki, Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.

Dağıdılmış məzarın görüntülərini təqdim edirik:

Həmçinin yoxlayın

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “Əmr verildi – Moskvanı vurun!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …