Cümə axşamı , İyul 25 2024
azfa

Ermənilərin Qarabağdakı cinayətləri Türkiyə Böyük Millət Mməclisində ifşa olunur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq konvensiyalara görə, silahlı münaqişələrdə tərəflərin müharibə qaydaları və tətbiq olunan vasitələrdən istifadə məsələsində məhdudiyyətlər var. Digər qanunsuzluqlarla bərabər qadağan olunmuş silahlardan istifadə edən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti və müharibə cinayətləri ilə beynəlxalq hüququn bütün normalarını pozub.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarının Araşdırılması Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan deputat Hakan Çavuşoğlu Türkiyə parlamentində təşkil olunan “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirədəki çıxışında ifadə edib.

Hakan Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsinin tarixindən, erməni toplumunun bu bölgədə qanunsuz məskunlaşdırılmasından, keçmiş sovetlər birliyi dövründə bölgəyə əsassız olaraq muxtariyyət verilməsindən söz açıb. Bildirib ki, ermənilər yerləşdikləri Azərbaycan torpaqlarına sonralar iddialarla çıxış edib və işğalçı siyasət yürüdüb. Nəticədə bir milyondan çox azərbaycanlı yurd yerindən qaçqın-köçkün düşüb, Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırım törədilib.

Müasir dövrdə dünya birliyi tərəfindən tanınmış dövlət sərhədlərini pozmağın, əsassız ərazi iddialarının beynəlxalq hüquqla cinayət tərkibli fəaliyyət olduğunu diqqətə çatdıran deputat deyib: “Ötən il 44 günlük müharibənin başvermə səbəbi Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı davamlı hərbi hücumlarıdır. Təcavüzkar Ermənistan müharibə dövründə Azərbaycanın yaşayış məskənlərini, dinc əhalini, infrastrukturu, kommunikasiyaları məqsədli şəkildə artilleriya və raket atəşinə tutmaqla, eləcə də qadağan olunmuş silahlar, ballistik raketlər tətbiq etməklə ağır müharibə cinayətləri törədib”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …