Cümə axşamı , Dekabr 2 2021
azfa

Ermənilərin Şuşa ətrafına ağır silah və texnikalar yığdığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hərbi ekspert Ədalət Verdiyev ermənilərin Şuşa ətrafına – Xocalı rayonunun Daşkənd kəndinə tank, top və 100-ə yaxın ağır texnika toplaması barədə az öncə paylaşdığı informasiyanı şərh edərkən deyib ki, təqdim edilən fotolar yenidir, dünən çəkilib. Məlum olduğu kimi, peyk görüntüləri ayda bir dəfə və ya iki aydan bir yenilənir. Ancaq sözügedən fotolar oktyabr ayı üçün olan vəziyyəti əks etdirən şəkillərdir.

Onun sözlərinə görə, texnikaların Şuşa ətrafında cəmləşdirilmə səbəbinin 3 mümkün versiyası mümkündür:

“Birincisi, bu texnikalar ermənilərin qanunsuz şəkildə yerləşdiyi mövqelərdən çıxarılıb həmin əraziyə cəmləşdirilə bilər. İkincisi, Azərbaycanın ciddi təzyiqlərindən sonra qanunsuz erməni hərbi birləşmələrinin və texnikalarının ümumiyyətlə Qarabağdan çıxarılma prosesi başlaya bilər. Çünki bir müddət öncə rus sülhməramlılarının qanunsuz erməni postlarını dağıtdığı və partlatdığı ilə bağlı məlumatlar yayılmışdı.

Üçüncüsü isə odur ki, separatçılar öz əməllərindən əl çəkməyərək qanunsuz şəkildə olduqları mövqedə qalmağa davam edirlər. Azərbaycan dövləti isə məlum fotolarla bölgədəki bütün hərəkətləri izlədiyini və hər şeydən xəbərdar olduğunu göstərir”.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …