Çərşənbə , Yanvar 20 2021
azfa

Ermənipərəst İran rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən daha bir neçə fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müsılman azərbaycanlıların qətliamı üçün xristian ermənilərə hər tərəfli yardım edən İranın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən azərbaycanlılara qarşı represiya və həbsləri davam edir.

Bu istiqamətdə 100-dən artıq azərbaycanlının artıq həbsdə olmasına baxmayaraq, bir sıra fəallar yenə təzyiq və həbsə məruz qalır. Bu dəfə ermənipərəst İran rejiminin təhlükəsizlik qüvvələri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən azərbaycanlı milli fəallar Mahmud Mahmudini Kəleybərdə, Hüseyn Məhəmmdianı Təbrizdə və Əli Qəhrəmanini isə Ələmdar şəhərində yaxalayıb.

Azərbaycanlı fəallar hər 3-ü də oktyabrın 4-də ETTELAAT tərəfindən yaxalanaraq naməlum istiqamətdə aparılıblar.

Ailələri fəallarla bağlı məlumat əldə etmək üçün müvafiq qurumlara müraciət etsələr də, onlara heç bir cavab verilməyib.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

20 yanvar faciəsini törədənləri dindirən azərbaycanlı müstəntiq sirləri açdı: Yazov qəflətən…

GADTB: İdris Əsgərov respublikamızın qocaman və adlı-sanlı, şərəfli prokurorluq işçisi kimi təqaüdə 1996-ci ildə çıxıb. …

Bu gün 20 Yanvar faciəsindən 31 il ötür

GADTB: Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. …

Bir cavab yazın