Şənbə , İyul 19 2025
azfa

Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğalda saxlayır

GADTB: Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib. Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, Azərbaycan vətəndaşlarının həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi:

“Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi”.

Həmçinin yoxlayın

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …