Cümə axşamı , May 19 2022
azfa

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizi vəhşicəsinə talan edir

GADTB-nin Mətbuat Mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə bu barədə Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü tərəflər konfransının yüksək səviyyəli seqmentinin plenar iclasında çıxış zamanı məlumat verib.

H.Bağırov çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını diqqətə çatdırıb. Nazir bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini bildirib.

H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın iki il əvvəl qəbul etdiyi Paris razılaşması üzrə 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bildirib. Nazir hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə arid və semi-arid ərazilərdə yeni meşə massivlərinin salındığı qeyd edib. O, elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması, yeni aqromeşə plantasiyalarının salınması və s. nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650 milyon ton karbon tullantısının azaldıldığı və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi vurğulayıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin AN.T kanalında “Güney Azərbaycan Təşkilatlar İşbirliyi Mərkəzinin tanıtımı” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə mediasında İranın türk adlarına qarşı qoyduğu qadağa əks etdirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mediasında İran rejiminin türk adlarına qarşı qoyduğu …