Şənbə , Noyabr 27 2021
azfa

Ermənistan rəsmiləri: İran Xankəndiyə enerji tədarük etməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İrana məxsus yanacaq tankerlərinin Ermənistandakı özəl şirkətlərə neft məhsulları çatdırmasından sonra həmin neft məhsulları Laçın üzərindən Xankəndiyə daşınır.

Rəsmi Tehranın İran nəqliyyat şirkətləri, sürücüləri və vətəndaşlarının Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonuna girişini qadağan etməsinə dair öhdəlik götürməsinə baxmayaraq, İran Qarabağın ermənilər yaşayan hissələrini dolayı yolla enerji ilə təmin edir.

İran ötən illərdə Qarabağın enerjiyə olan tələbatının böyük bir hissəsini birbaşa təmin edirdi, lakin 44 günlük müharibədən sonra regional münasibətlərin dəyişməsi ilə vəziyyət bir az da çətinləşib.

“Eurasia.net” saytının hesabatında deyilir: “Qarabağın erməni əhalisi hələ də enerjiyə olan tələbatının böyük bir hissəsini İranın neft məhsullarını daşıyan erməni özəl şirkətlərinin yanacaq tankerləri vasitəsilə təmin edir”.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …