Şənbə , Aprel 20 2024
azfa

Ermənistan yenə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənilərin təkcə Tərtərə 36-ya yaxın top mərmisi atdığı bildirilir.

Bu gün səhər Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Düşmən rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın