Çərşənbə axşamı , İyun 22 2021
azfa

Ermənistan Zəngəzur dəhlizindən əlavə Qazağın 7 kəndi və Kərkicahanı qaytarmağa razılaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 13 maydan davam edən sərhəd danışıqları ilə bağlı daha bir razılaşma əldə edilib.

Bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov sosial şəbəkə üzərindən paylaşım edib.

O bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyə razılaşıb. Razılaşma 17 may 00:00-dan qüvvəyə minib.

Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatda üzərinə götürsə də, bu vaxta qədər adekvat davranmayıb.

Üstəlik Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.

Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.

İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan öncə erməni mediası razılaşmanın detallarını açıqlayıb.

Xatırladaq ki, Qaragöllə bağlı ötən gün saat 14:00-dan davam edən danışıqlarda Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edib.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …