Şənbə , Avqust 15 2026
azfa

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, mühəndislik və tikinti layihələrinin təxminən üçdə ikisi İran podratçıları tərəfindən icra olunur.

Onun sözlərinə görə, İran şirkətlərinin Ermənistandakı fəaliyyəti prezident Məsud Pezeşkianın ötən ilin avqustunda İrəvana səfərindən sonra əhəmiyyətli dərəcədə genişlənib.

Deputat bildirib ki, İran şirkətləri hazırda Ermənistanın Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin tikintisində iştirak edirlər. 

Şahverdyan əlavə edib ki, Ermənistan ölkə ərazisinin İrana qarşı istifadəsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib və iki ölkə arasında tarixi dostluq münasibətlərini qorumağa sadiq olduğunu nümayiş etdirir.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …