
GADTB: Ermənistandan İrana enerji ötürən üçüncü elektrik xətti istifadəyə veriləcək. Bu haqda İranın Ermənistandakı səfiri Mehdi Sübhani açıqlama verib.
İSNA-nın məlumatına görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu gün Noravan şəhərinə səfər edib və Ermənistan-İran elektrik enerjisinin nəqli layihəsinin üçüncü xəttinin 400 kV-luq yarımstansiyasına baxış keçirib.
İran səfiri yarımstansiyada işlərin 90 faizinin tamamlandığını və yaxın bir neçə aya Ermənistandan İrana elektrik enerjisinin ötürüləcəyinə ümidvar olduğunu bildirib./ Azad İran