Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəallar cəzalandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəallara qarşı İram rejimi tərəfindən verilən cəza təsdiqlənib.

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İran rejiminin məhkəməsinin azərbaycanlı fəallar barəsində çıxardığı qərar rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən təsdiqlənib.

Azərbaycanlı milli-mədəni fəallar Sədullah Sasani, Rəhim Sasani ve Mehdi Purəli Xurmalu barəsində ilkin məhkəmə prosesində çıxarılmış və hər biri üçün 4 il müddətinə təxirə salınmış1 il həbs, 60 şallaq zərbəsi cəzası Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən olduğu kimi təsdiqlənib.

Bundan öncə isə azərbaycanlımilli-mədəni fəallar Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani, Mehdi Purəli Xurmalu, Hadi Qulizadə, Məcid Əkbəri, Behzad Şeyxi, Sadiq Pərto Beyrəq, Əli Abi Xızr, Əli Muradiyan, Mehdi Əsədi Gülzar və Əbülfəz İbrahimzadə rejimin Təbrizdəki ikinci Cinayət Məhkəməsinnin 112-ci şöbəsi tərəfindən “İctimai asayişi pozmaq, qanunsuz toplaşmaq və məmurlara itaətsizlik” ittihamı ilə 1 il həbs və 60 zərbə şallaq cəzasına məhkum edilmişdilər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar 2020-ci il iyulun 16-da Azərbaycan Ordusuna dəstək və Ermənistanın Azərbaycan Respublikasının Tovuz şəhəri istiqamətində yeni hərbi təcavüzünə etiraz olaraq Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyada iştirak etdikləri üçün həbs edilmişdilər.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …