Şənbə , Dekabr 10 2022
azfa

Ermənistanın Azərbaycana qaytaracağı Kərki və Qazaxın 7 kəndi barədə yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.

Bu barədə teleqram kanallarına istinadən “yerkramas” saytı yazıb.

Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) kənd yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.

Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər.

Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyir.

“Yerkramas” yazır ki, parlamentin iclasında Nikol Paşinyan kəndin qaytarılacağı ilə bağlı sualdan yayınıb.

“Əgər bu kəndlə bağlı heç bir razılaşma yoxdursa, Paşinyan niyə cavab vermir? Göründüyü kimi, cəmiyyətin şübhələri əbəs deyil”, – sayt qeyd edir.

Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:

1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;

2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;

3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir;

Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anklav olan Barxudarlı və Aşağı Əskipara qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.

Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər.

Həmçinin yoxlayın

Günahsız etirazçı gəncin edamına görə İran səfiri Almaniya XİN-ə çağırıldı

GADTB: İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə …

Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Guardian” molla rejimin etirazlar zamanı qadınların üz, …