Cümə axşamı , Mart 28 2024
azfa

Ermənistanın təşkil etdiyi qondarma “seçkilər” qurama oyundan başqa bir şey deyil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi işğalçı ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz seçki oyunu ilə bağlı bəyanat yayıb.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərin” ikinci turu ilə bağlı KİV-in sualını cavablandırarkən deyib ki, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz “seçkilər” ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mövqeyi bu ilin 31 mart tarixində ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə münasibət bildirərək qeyd etdi ki, “bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”.

L.Abdullayeva bir daha vurğulayıb ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər”, neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan və qurama oyundan başqa bir şey deyildir:

“Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ böləsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim. Qondarma “seçkilər” ilə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur.

Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştrakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın