GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırılıb.
Axşam Ermənistanın paytaxtı İrəvan şəhərində qondarma “soyqırım”la bağlı yürüş başlayıb. Yürüşdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Onlar Azərbaycan və Türkiyə ilə sülh danışıqlarının əleyhinə çıxışlar ediblər.
Daha sonra keçmişindən dərs almayan azğın ermənilər Türkiyə və Azərbaycan bayraqlarını bir-birinə bağlayıb yandırıblar.