Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ermənistan Azərbaycanın itkin vətəndaşları ilə bağlı məlumatları verməkdən imtina edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarının müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür.

Bunu Azərbaycanın Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, lakin mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …