Şənbə , Oktyabr 31 2026
azfa

Ermənistan bu gün yenə Azərbaycan ərazisinə atəş açaraq atəşkəsi pozub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin yoxlayın

SENTCOM: Hörmüz boğazında gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib

GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper deyib ki, “Hörmüz boğazında beynəlxalq gəmiçiliyin əsas …

Təbrizdə Kuruşla bağlı etiraz şüarlar: “İran Futbol Federasiyası -Azərbaycan düşməni” – Video

GADTB: Təbrizin Purşərifi idman sarayında Süngünün Mis və İsfahanın “Giti Pəsənd” komandaları arasında futzal matçı …