Cümə , Oktyabr 16 2026
azfa

Ermənistan Seysmik Stansiyası İranda mümkün partlayışı qeydə alıb: İranın nüvə sınağı keçirdiyi bildirilir

GADTB: Ermənistanın Seysmaik Stansiyası (yəqin ki, Ermənistanda olan ABŞ mütəxəssisləri) ötən gecə İranda 4,6 bal gücündə seysmik hadisə aşkarlayıb. Tədqiqatçılar qeyd edirlər ki, onun seysmik sıxılma dalğası yoxdur, bu da hadisəni zəlzələdən daha çox partlayışla bağlı olduğunu göstərir.

Seysmik aktivliyin mərkəzi Aradan şəhəri yaxınlığındakı Kəvir səhrasında olub və tipik zəlzələ vibrasiyaları ilə nüvə sınaqları arasında müqayisələr bu hadisənin nüvə sınağına daha çox bənzədiyini göstərir;

Qeyd edək ki, heç bir afterşok qeydə alınmayıb ki, bu da təbii seysmik fəaliyyətdən daha çox partlayışa işarə edən başqa bir ipucudur. Bununla da İranın gizli nüvə sınağı keçirdiyi ehtimal edilir.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …