Çərşənbə , Noyabr 11 2026
azfa

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon 638 min dram ayıracaq.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Ermənistan MN etiraf edir ki, təşkilat 44 günlük müharibədə iştirak edib və çoxsaylı itkilər verib:

“Müharibədən sonrakı dövrdə 4000-dən çox “Yerkrapa” könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib”.

Xatırladaq ki, “Yerkrapa” Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalına dəstək məqsədilə Vazgen Sərkisyanın təşəbbüsü ilə yaradılıb. Təşkilat müharibədə Azərbaycana qarşı törədilmiş hərbi cinayətlər və ərazilərimizin işğalının fəal iştirakçısı olub. Cinayətkar və terrorçu fəaliyyətləri səbəbindən “Yerkrapa” Azərbaycanda terror təşkilatı olaraq qəbul edilir.

“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu oynayır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə yaraqlı göndərib.

Hazırda “Yerkrapa”nın lideri Sasun Mikayelyandır.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …