Çərşənbə , Noyabr 11 2026
azfa

Ermənistan Türkiyədən Azərbaycana tranziti açmağa hazırdır

GADTB: Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyədən Azərbaycana və əks istiqamətdə yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu açıqlayıb.

Paşinyan bu barədə parlamentdə çıxışı zamanı Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmasını tarixi addım adlandırıb və İrəvanın da eyni addımı atmağa hazır olduğunu bildirib.

Paşinyan, Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə yük avtomobillərinin həm Türkiyədən Azərbaycan, həm də əks istiqamətdə rahat şəkildə tranzit keçməsini təmin etməyə hazır olduqlarını vurğulayıb.

O, bildirib ki, Ermənistanın yolları, xüsusilə Qoris və Kornidzor marşrutları yaxşı vəziyyətdədir. “Türkiyədən yük maşını Azərbaycanla tranzit üçün Marqara keçid məntəqəsinə yaxınlaşarsa, bu gün biz buna şərait yarada bilərik”, – deyə, Paşinyan vurğulayıb.

Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh artıq realdır və tərəflər bu vəziyyətlə yaşamağı öyrənməlidirlər.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri ləğv etdiyini açıqlamışdı.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …