Şənbə , Oktyabr 17 2026
azfa

Ermənistan və İranın Araz Azad İqtisadi Zonası birgə layihələr həyata keçirəcək

GADTB: Araz Azad Ticarət Zonası Təşkilatının sədrinin iqtisadiyyat və investisiya üzrə müavini Əli Nəvid Qafan şəhərində keçirilən İran məhsullarının təqdimatı sərgisində və Araz İqtisadi Zonasının investisiya imkanları konfransında deyib: “Araz Azad Ticarət Zonası yaradılandan indiyədək bura 4,8 milyard dollar sərmayə yatırılıb ki, bunun da 1 milyard dollara yaxını xarici investorlar tərəfindən qoyulub”.

Tədbirdə çıxış edən Qafan şəhərinin meri Gevork Parsiyan isə bildirib: “Ermənistanla İran arasında çoxəsrlik münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi, xüsusilə iqtisadi qarşılıqlı əlaqələrin inkişafı bizim üçün çox vacibdir”.

O, İran və Ermənistanın iqtisadiyyatını müqayisə etməyin çətin olduğunu da qeyd edib: “İran bazarı bizim üçün maraqlı olduğundan, hesab edirəm ki, bizim Ermənistan bazarının da İranın kiçik və orta sahibkarlığını maraqlandıra biləcək imkanları var”./ Azad Iran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …