Cümə axşamı , May 2 2024
azfa

Ermənistanın Avrasiya Birliyinə üzvlüyündə İranın iqtisadi marağı: İkitərəfli ticarətdə 1 milyard dollarlıq müsbət perspektiv

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran-Türkiyə rəqabəti və onun Azərbaycan üçün nəticələri İrəvanla Tehran arasında strateji müttəfiqliyin yaranmasına səbəb olub. 

İran və Ermənistan arasında tarixi əlaqələr həmişə dostcasına və konstruktiv olub və iki ölkənin siyasi liderlərinin iradəsi sayəsində 1 milyard dollarlıq ticarət həcmi ilə geniş iqtisadi əməkdaşlığın yeni dövrünün əsasını qoymaq mümkündür.  

Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü və İranla qonşu olaraq böyük əhəmiyyət kəsb etdiyi və iki ölkənin iqtisadiyyatı bir-birini tamamladığı üçün, İranın sənaye naziri fevralın 23-də iş adamları və özəl şirkətlərin rəhbərlərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə İrəvana səfər edib və bu səfərdən məqsədin birgə investisiyalar vasitəsilə ikitərəfli ticarət əlaqələrini genişləndirmək olduğunu bildirib. Buna görə, İran və Ermənistan arasında ticarət razılaşmalarının icrası, özəl sektor arasında ticarətin sadələşdirilməsi, azad iqtisadi bölgələrdə əməkdaşlıq, malların ticarəti, nəqliyyat və gömrük məsələləri iki ölkə rəsmilərinin görüşlərində müzakirə olunan iqtisadi mövzularından olub.  

İranla Ermənistan arasında bir neçə illik münasibətlərə nəzər saldıqda görürük ki, iki ölkənin Sovetlər Birliyinin dağılmasından bəri dərin əlaqələri var, belə ki, İran və Türkiyə arasındakı rəqabət və onun Azərbaycan üçün nəticələri İrəvan və Tehran arasında bu strateji müttəfiqliyin yaranmasına səbəb olub.

Xatırladaq ki, özəlliklə ikinci Qarabağ savaşından sonra İran-Ermənistan əlaqələrində əhəmiyyətli dərəcədə inkişaf gözə çarpır. Üzdə Azərbaycanla qonşuluqdan, dostluqdan, qardaşlıqdan və ən əsası müsəlmanlıqdan riyakarcasına dəm vuran İran hökuməti əməldə bunun tam əksini göstərir. Belə ki, Azərbaycanın Qarabağ torpaqlarının erməni tapdağında olduğu son 30 ildə İran şirkətləri və iş adamları nəinki Ermənistanda, həm də Qarabağ ərazilərində qanunsuz şəkildə və Azərbaycanın rəsmi icazəsi olmadan iqtisadi fəaliyyət göstərib, erməni terrorçularının və separatçılarının işğalçılığına göz yummaqla yanaşı, İrandan Qrabağa içərisində naməlum və şübhəli yüklər dolu TIR-lar göndərməklə onların ayaqda qalmasına hər vəchlə dəstək veriblər. Bəs görəsən İranın bu “erməni sevdası” nədən qaynaqlanır?!

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …