Cümə axşamı , May 2 2024
azfa

Ermənistanın xarici işlər naziri: “Biz İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı “prinsipial və aydın” mövqeyini yüksək qiymətləndiririk”

GADTB: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi birgə mətbuat konfransında rəsmi Tehrana Ermənistanın ərazi bütövlüyünə dair “prinsipial və aydın” mövqeyinə görə təşəkkür edərək, ölkəsinin İran İslam Respublikası ilə əlaqələri möhkəmləndirməyə hazır olduğunu açıqlayıb.

İranın “Defapress” saytının  xəbərinə görə, erməni nazir  bu axşam İrəvanda Hüseyn Əmir Abdullahianla görüş və söhbətdən sonra birgə mətbuat konfransında deyib: “Biz hesab edirik ki, region ölkələri arasında problemlər dialoq və gücdən istifadənin rədd edilməsi yolu ilə həll edilməlidir. Biz İranın Ermənistanın ərazi bütövlüyünə dair prinsipial və aydın mövqeyini yüksək qiymətləndiririk. Biz ikitərəfli və çoxtərəfli çərçivələrdə əməkdaşlığı müzakirə etdik və əlaqələri gücləndirməyə hazır olduğumuzu bəyan etdik”.

Ermənistanın xarici işlər naziri Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin tikintisi ilə bağlı verilən suala cavabında bildirib: “Sualın qoyuluşunda səhvlər var. Təbii ki, 2020-ci ildə Qarabağla bağlı baş vermiş münaqişə və ondan sonra üç ölkə başçısı arasındakı bəyanat təsdiqləndikdən sonra kommunikasiya yolları, kommersiya və iqtisadi yollardakı maneələrin aradan qaldırılması, eləcə də marşrut xətlərinin açılması qeyd edildi. Buraya Azərbaycanla Naxçıvan arasında birləşdirici marşrut daxildir. Biz bu məsələni üçtərəfli işçi qrupu şəklində araşdırırıq və Azərbaycana sərnişin və yük daşınması üçün yolları açmağa hazırıq”./Azad İran

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …