Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ermənistanın yeni kommunikasiya dəhlizinin tikintisində iranlı podratçılar və mühəndislər iştirak edəcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, İranın yol və şəhərsalma nazirinin müavini Ermənistanın Tehrandakı səfiri ilə görüşdə İranın iki ölkə arasında yeni kommunikasiya dəhlizinin tamamlanması üçün texniki və mühəndislik xidmətlərinin ixracında Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirib.

“İlna.news” xəbər verir ki, Ermənistanının Tehrandakı səfiri Arsen Avaqyan İranın yol və şəhərsalma nazirinin müavini ilə görüşərək iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığı və yeni kommunikasiya dəhlizinin tamamlanması ilə İran və Ermənistan arasında quru yol əlaqəsinin asanlaşdırılmasını müzakirə edib.

İranlı nazir müavini Xeyrullah Xadimi isə bildirib: “İran hazırda Təbrizdən Norduz sərhəddinə qədər yol çəkərək Ermənistanla bu kommunikasiya dəhlizinin tamamlanması üçün şərait yaradır ki, layihə tamamlanacağı halda, məsafəni azaltmaqla yanaşı, paralel dəhlizlərlə də rəqabət apara bilər”.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …