
GADTB: Azərbaycanlı hüquq müdafiəçisi və vəkil Sina Yusifinin açıqlamasına görə, son həftələr ərzində Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan 40-dan çox vəkil bu vilayətin Ədliyyə Mühafizə Məlumatları İdarəsinə çağırılıb.
Onun sözlərinə görə, bu çağırışlar əsasən həmin vəkillərin etirazçıların hüquqlarının müdafiəsi və etirazlarla bağlı işlərin hüquqi təqibi çərçivəsində apardıqları fəaliyyət, mövqe və hüquqi addımlarla əlaqədardır.
Məlumata əsasən, çağırılan vəkillərdən bəziləri barəsində cinayət işi açılıb və onlara “rejim əleyhinə təbliğat” və “yalan məlumat yaymaq” kimi ittihamlar irəli sürülüb. Vəkillərin kimliyi və işlərin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi