Çərşənbə axşamı , Mart 10 2026
azfa

Etirazçıların irqçi fars rejimin məclisinin sabiq deputatını öldürdükləri ehtimal edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, itkin düşmüş irqçi fars rejimin məclisinin sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb.

Bu barədə Köhkuliyə-Boyer Əhməd vilayətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil açıqlama verib.

Möhsün Cəlil qeyd edib ki, axtarışı zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasucun Əbuzər küçəsində yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib.

Qeyd edək ki, Seyyid Əli Hüseynzadə 1984-1988-ci illərdə parlamentdə deputat olub. Eyni zamanda Kohkuliyə-Boyer Əhməd əyalətinin İslami İrşad və Mədəniyyət Nazirliyində çalışıb. Deputatın ölüm səbəbi araşdırılır.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın