
GADTB: Kərəcin Fərdis bölgəsinin sakini, 31 yaşlı türk Mehrdad Heydəri 1404-cü il dey ayının 18-də İranda baş verən etirazlar zamanı molla rejimin qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.
Ailəsi və yaxınlarının bildirdiyinə görə, Mehrdad Heydəri İran İslam Respublikasına qarşı keçirilən etiraz aksiyalarında iştirak edib və molla rejimin qüvvələrinin birbaşa atəşi ilə vurulub.
Qeyd edək ki, İranda etirazlar dey ayının 7-dən başlayıb və sonrakı günlərdə son onilliklərin ən sərt repressiya dalğalarından biri ilə müşayiət olunub; nəticədə çoxsaylı insan tələfatı qeydə alınıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi