GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə noyabr etirazlarının qurbanlarının 40 mərasimində Tehran, Kermanşah, Kərəc və s. bölgələrdə etirazlar başlanıb.
İrqçi fars rejim Azərbaycan türklərinin etirazlarından qorxuya düşərək Təbriz, Urmiya və s. Azərbaycan şəhərlərinə silahlı qüvvə yeridib.
Əksər şəhərlərdə internetin sürəti azaldılıb və ya tamamilə kəsilib.
Kərəc, Tehran və s. şəhərlərdə hətta etirazlarda qətlə yetirilənlərin basdırıldığı məzarlar rejim tərəfindən mühasirəyə alınıb. Lakin xalq zorla da olsa həmin qəbristanlıqlara daxil olub.