Cümə axşamı , Oktyabr 15 2026
azfa

ETTELAAT idarəsi azərbaycanlı milli fəalların şəxsi əşyalarını qaytarmaqdan imtina edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbriz şəhərində yerləşən ETTELAAT İdarəsi barələrində heç bir qanuni məhkəmə hökmünün olmamasına baxmayaraq, azərbaycanlı milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəştinin mobil telefonlarını verməkdən imtinavedir.

Azərbaycanlı fəallar sentyabrın 11-də Kəleybər şəhərinin prokurorluğuna gedərək ETTELAAT idarəsinin onlara məxsus sənəd, telefon və başqa şəxsi əşyaları müsadirə etməsinə etirazlarını bildiriblər.

Onlar bunun heç bir məhkəmə hökmü olmadığına görə qanunsuz olduğunu deyib, əşyalarının qaytarılmasını istəyiblər.

Prokurorluq fəalların kimlik vəsiqələrini qaytarsa da, mobil telefonlarının 10 gün sonra geri veriləcəyini deyib.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst uraxılıblar.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …