Cümə axşamı , Oktyabr 15 2026
azfa

ETTELAAT İdarəsinin təzyiqi ilə azərbaycanlı fəal işdən qovuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Əfşar Mohebb mədəni fəaliyyətlərinə və “Arta Nəmin” Sənaye Kompleksinin işçilərinin tətilinə dəstək verdiyinə görə molla rejimin ETTELAAT İdarəsinin təzyiqi ilə işdən çıxarılıb.

Azərbaycanlı  milli fəal iyulun 6-da sosial media hesabında ETTELAAT qurumlarının təzyiqi ilə əlaqəli paylaşım edərək yazıb: “17 il zavodda çalışdıqdan sonra mən də başqa milli fəallar kimi saxta və yalan ittihamlarla işdən qovuldum. Mübarizəyə davam!”

Həmin şirkətin 17 illik təcrübəsi olan işçilərindən biri olan Əfşar Mohebb tətil və Namin valiliyi qarşısında etiraz aksiyasında iştirak bəhanəsi ilə ETTELAAT qurumlarının təzyiqi altında mədəni fəaliyyətinə görə işindən qovulub.

Qeyd edək ki, iyunun 18-də “Arta” Sənaye Kompleksinin işçiləri etiraz edərək tətil keçiriblər. Etirazçı işçilər tətil zamanı əmək haqlarının verilməsini tələb ediblər. Azərbaycanlı fəal dəfələrlə irqçi fars-molla rejimin təzyiqləri ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …