Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Evin həbsxanası önündə aksiyanın beşinci günü: Azərbaycanlı fəalların aclıq aksiyası 16-cı gününə daxil olub

GADTB: Azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyası artıq 16-cı gününə çatıb. Onların ailələrinin Evin həbsxanası qarşısında başlatdığı etiraz və oturaq aksiya isə beşinci gün ardıcıl olaraq davam edir.

Ailələr bu gün həbsxana rəhbərliyinin icazəsi ilə qısa bir görüş keçiriblər. Yaxınlarının sözlərinə görə, hər iki məhbusun ümumi vəziyyəti sabit olsa da, kəskin arıqlama və rəng solğunluğu uzunmüddətli aclığın ağır təsirlərini göstərir. Buna baxmayaraq, onlar etirazlarını davam etdirməkdə qərarlıdırlar.

Məlumatlara əsasən, dünən saxlanılan bəzi fəallar da həbsxana daxilində aclıq edənlərlə görüşüb.

Xatırladaq ki, dünən, noyabrın 12-də, Evin həbsxanası qarşısında ailələrə dəstək məqsədilə toplanan dörd azərbaycanlı fəal — Abbas Lisanı, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsi ilə həbs olunub. Onlar barələrində ittiham irəli sürüldükdən sonra Evin həbsxanasının 7-ci bölməsinin karantinə hissəsinə köçürülüblər.

Bu hadisələr Azərbaycanlı fəalların ədalət, şəffaflıq və hüquqlarının tanınması tələbi ilə apardıqları mübarizənin davam etdiyini bir daha nümayiş etdirir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …