Cümə axşamı , Sentyabr 17 2026
azfa

Evin həbsxanasında saxlanılan azərbaycanlı sənətçi Mürtəza Pərvin siyasi məhbusların aclıq aksiyasına dəstək verdi

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı sənətçi və milli fəal Mürtəza Pərvin aclıq aksiyasına başlayan siyasi məhbuslara həmrəyliyini ifadə edib.

Yaxınlarının verdiyi məlumata görə, Mürtəza Pərvin — Evin həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı sənətçi — bu gün, 31 oktyabr 2025-ci il yayımladığı etiraz bəyanatında həm Evin, həm də Təbriz Mərkəzi Həbsxanasında saxlanılan və aclıq aksiyasına başlayan siyasi məhbuslara dəstək göstərdiyini bildirib.

Sənətçi özünün də məhkəmə işinin qeyri-müəyyən vəziyyətdə qalması və hüquqi prosesin uzanması səbəbindən, digər beş siyasi məhbusla birlikdə ikinci gündür aclıq aksiyası keçirdiyini açıqlayıb.

Mürtəza Pərvinin yayımladığı bəyanatda deyilir:

“Elə bir dövrdə yaşayırıq ki, artıq insanların nəfəs alması belə siyasi sayılır.

Xalqın geyimini, ana dilini, Urmu gölünü belə siyasətə çevirmişlər.

Su, işıq, bahalıq və yoxsulluğa etiraz belə indi siyasi məsələ sayılır.

Cəmiyyətdə sənətkar, müəllim, tibb bacısı, tələbə, fermer və fəhlə hamısı siyasi adlanır.

Elə bir zamanda yaşayırıq ki, cənnət və cəhənnəm, namaz, oruc, vaksin, benzin, iqtisadiyyat, idman və incəsənət belə siyasi və hökumətə tabe edilmişdir.

Belə bir şəraitdə insan haqları vəkillərinin həbsdə olması təəccüblü deyil.

Tahir Nəqəvi, Vüdud Əsədi və Kərim İsmayılzadə hal-hazırda sağlamlıqlarını itiriblər,

onların yeganə ‘cinayəti’ insan haqlarını müdafiə etmək olub.

Bir neçə gündür aclıq aksiyası keçirirlər və mənim borcumdur ki, onların yanında olum, onlarla birlikdə dirənişim.

Mən və onlar – biz oluruq, və bu, gücümüzün başlanğıcıdır.”

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …