
GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və digər siyasi, eləcə də mülki fəallara qarşı məcburi etiraflar almaq və SEPAH-ın kameraları qarşısında çıxış etməyə məcbur etmək məqsədilə Kəşfiyyat Nazirliyinin təzyiqlərinin davam etdiyini bildirib.
Nəqəvi məktubunda özünün və bir sıra azərbaycanlı siyasi və mülki fəalların həbsindən üç il keçdiyini qeyd edərək, amnistiyaya şamil edilmələrinə baxmayaraq, təzyiqlərin, təhdidlərin və onlara qarşı saxta işlərin hazırlanması cəhdlərinin hələ də davam etdiyini vurğulayıb.
O, həmçinin qanunsuz həbsləri, ailə üzvlərinin təhdid edilməsini, məhbuslara ittihamları qəbul etmək və televiziya qarşısında etiraflar vermək üçün təzyiq göstərilməsini tənqid edib.
Məsud Pezeşkiana ünvanladığı məktubda Nəqəvi təhlükəsizlik qurumlarının qanunsuz hərəkətlərinin dayandırılmasını və siyasi məhbusların azad edilməsini tələb edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi