
GADTB: Siyasi məhbus, təsviri və səhnə sənətləri üzrə tanınmış azərbaycanlı rəssam Murtəza Pərvinin bir günlük abstrakt rəsm sərgisi 25 aban 1404-cü il tarixində Evin həbsxanasının 7-ci korpusunda təşkil olunub.
Sərgidə Murtəza Pərvinin cəmi 5 gün ərzində, minimal imkanlarla çəkdiyi 50 rəsm əsəri məhbusların nümayişinə təqdim edilib.
Muvtəza Pərvin sərgini 5 abandan aclıq aksiyasına başlayan Tahir Nəqəvi və Vədud Əsədiyə, həmçinin günlərlə Evin həbsxanasının qapısı önündə etiraz aksiyası keçirən onların ailələrinə ithaf edib. O, siyasi məhbuslara və azadlıq mübarizəsinə hörmətini ifadə edib.
Sərgidə siyasi məhbuslar — Əbülfəzl Qədyani, Müstəfa Taczadə, Məhəmməd Nəcəfi, Tahir Nəqəvi, Siyamək İbrahimi, Şəhriyar Bərati, Mətləb Əhmədiyan və Məhəmməd Rza Fəqihi — çıxış edərək, məhdudiyyətlərə baxmayaraq sənətkarın təslim olmadan yaradıcılığını davam etdirməsinin dəyərindən danışıblar.
Muhtəzə Pərvin 1403-cü ildə də Evin həbsxanasında Beynəlxalq Qadınlar Günü və Beynəlxalq Əmək Günü münasibətilə sərgilər təşkil etmiş, həmin sərgilərdə rəsm əsərləri ilə yanaşı, İran xalqlarının ortaq mifoloji simvolu olan başsız “Şirval” heykəlini də təqdim etmişdi.
O, həmçinin bu il məhbusların Böyük Tehran həbsxanasına köçürülməsindən sonra “Zorakılığa yox” adlı sərgi də keçirib.
Muvtəza Pərvin 6 illik həbs cəzasını Evin həbsxanasının 7-ci korpusunda çəkir. O, əvvəllər də mədəni və vətəndaş fəaliyyəti səbəbilə dəfələrlə çağırılıb, təhdid olunub və həbs edilib. Həbsindən əvvəl isə rəsm sərgilərini icazə verilmədiyi üçün ev şəraitində və qeyri-rəsmi şəkildə təşkil edirdi.
Muhrtəza Pərvinin sərgi zamanı siyasi məhbuslara ünvanladığı çıxışının mətnindən bir hissə:
“Rəsm çəkirəm, çünki bu dövr üçün və gələcək nəsillər üçün iz qoymağı zəruri sayıram — o insanların əvəzinə ki, onların danışan dillərinə və yaradan əllərinə qadağa və qandallar vurulub. Həmvətənlərim, qardaş və bacılarım üçün… İnsan üçün — azadlıq onun ən gözəl və ən layiqli sifətidir.
Bu sərgini Tahir Nəqəvi, Vədud Əsədi, həmkorpus və həmzəncirlərimizə həsr edirəm; onlar ki, hazırda aclıq aksiyasındadırlar və ailələri hər gün Evin həbsxanasının qapısında etiraza davam edir.
Biz burada ölkəmizin bütün siyasi məhbuslarına və bu torpağın azadlıqsevərlərini sınaqlı və dözümlülük tələb edən zamanda göstərdikləri fədakarlığa görə hörmətimizi ifadə etmək üçün toplaşmışıq. Onlar öz canları ilə zalım hakimiyyətə qarşı ucalan böyük bir sipər yaratdılar.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi