Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Evin həbsxanasından aclıq aksiyası xəbərdarlığı: Abbas Lisani və Yusif Kari ayrı-ayrı bölmələrə köçürüləcəkləri təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər

GADTB: Evin həbsxanasının 7-ci korpusunun 12-ci zalında (karantin bölməsində) saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari, yaxınları ilə əlaqə zamanı bildiriblər ki, əgər həbsxana rəhbərliyi onları ayrı-ayrı bölmələrə köçürər və məhbusların cinayət növünə görə ayrılması prinsipinə əməl etməzsə, aclıq aksiyasına başlayacaqlar.

Daxil olan məlumatlara görə, 7 tir səhəri həbsxana rəhbərliyi hər iki məhbusa onların 7-ci korpus daxilində ayrı bölmələrə köçürülməsinin mümkün olduğunu bildirib. Onların sözlərinə görə, bu qərar məhbusların cinayət növlərinə görə ayrılması prinsipinə və məhbusların əsas hüquqlarına ziddir.

Hər iki fəal bəyan edib ki, bu qərar icra olunacağı və onların “əlavə təzyiq və təqib” kimi qiymətləndirdikləri vəziyyət davam edəcəyi halda, aclıq aksiyasına başlamaq qərarını həyata keçirəcəklər.

Abbas Lisani və Yusif Kari bundan əvvəl də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin çağırışı ilə məhkəmə iclasına dəvət olunmuş, lakin məhkəmədə iştirakdan imtina edərək onu “göstəriş xarakterli və ədalətli məhkəmə araşdırması meyarlarına uyğun olmayan” proses kimi qiymətləndirmişdilər.

Hər iki fəal saxlanıldıqları vaxtdan etibarən mövcud məhkəmə prosesində iştirak etməyəcəklərini dəfələrlə bəyan edib, açıq və müstəqil məhkəmə araşdırmasının keçirilməsini tələb ediblər. Eyni iş üzrə daha üç fəal girov müqabilində azadlığa buraxılsa da, Abbas Lisani və Yusif Kari hələ də həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …