
GADTB: Saxta ittihamlara və İran məhkəməsi tərəfindən çıxarılmış ədalətsiz hökmə etiraz olaraq iki aya yaxındır aclıq aksiyası keçirən azərbaycanlı milli fəallar Əbdüləziz Əzimi Qədim və Ayaz Seyfxah dünən təkadamlıq kameraya köçürülüblər.
Əzimi Qədim ağır halsızlıq və fiziki vəziyyəti pis olduğu üçün çərşənbə axşamı, axşam saatlarında Tehranın Taliqani xəstəxanasına köçürülüb və bir gün sonra həbsxanaya qaytarılmışdı.
Həmçinin həmin fəallar aclıq aksiyası nəticəsində 20 kiloya yaxın arıqlayıb və təzyiqləri aşağı düşdüyü üçün dəfələrlə həbsxananın klinikasına köçürülüblər. Onların serum vurulmasından imtina edib və hələ də aclıq aksiyasına davam etdirdiklərini bildiriblər.
Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cü ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.
Həmin azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.
Qeyd edək ki, cənab “Əzimi Qədim” ona və digər azərbaycanlı fəallara qarşı ədalətsiz hökmlərə və uydurma ittihamlara etiraz olaraq 1403-cü il martın 1-dən aclıq aksiyası keçirir. Bundan sonra onun telefon danışığı tətilə görə kəsilib.
Ayaz Seyfxaha şərlənərək molla rejimin məhkəməsi tərəfindən 13 il həbsə məhkum edilib. Azərbaycanlı fəala indiyə qədər öz vəkili ilə əlaqə saxlamağa da icazə verilməyib.