Cümə , Yanvar 21 2022
azfa

Evin zindanında azərbaycanlı siyasi məhbusların həyatı təhlükədə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında koronavirusun yayılması haqda xəbərlər orada saxlanılan azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlığın artmasına səbəb olub.

Evin zindanının 4-cü bölməsində saxlanılan azərbaycanlı siyasi məhbuslar ailələri ilə telefon əlaqəsi zamanı onların saxlanıldığı bölmədə bir məhbusun koronavirusa yoluxduğunu bildiriblər.

Azərbaycanlı siyasi məhbusların saxlanıldığı bölmədə Hüseyn Müttəqian adlı bir  məhbusun koronavirus testi müsbət çıxıb və bu bölmədə saxlanılan bir çox siyasi məhbusda koronavirus simptomları müşahidə olunub. Ancaq həbsxana məsulları buna baxmayaraq məhbusları məzuniyyətə göndərməkdən imtina edirlər.

Qeyd edək ki, Evin zindanının 4-cü bölməsində 4 azərbaycanlı milli fəal, o cümlədən Tohid Əmir Əmini, Kiyanuş Aslani, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı həbsdə saxlanılır.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …