Çərşənbə , Oktyabr 14 2026
azfa

Evin zindanında azərbaycanlı siyasi məhbus Tahir Nəqəvi və daha iki siyasi məhbus döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin zindan rəhbərliyinin göstərişi ilə Evin zindanında azərbaycanlı siyasi məhbus Tahir Nəqəvi və daha iki siyasi məhbus döyülüblər.

Bu haqda Güney azərbaycanlı vəkil Sina Yusefi məlumat verib.

Çərşənbə axşamı zindanın 6-ci bölməsində rəhbərliyin göstərişi və iştirakı ilə cənab Nəqəvi, doktor Beheşti və doktor Behzadianın (Mir Hüseyn Musəvinin müavinləri) cinayətkar dəstə tərəfindən təhqir edilərək, hədə-qorxu ilə döyülüblər.

Görünür, bu çirkin və vəhşi hücum 6-cı bölmənin rəisi cənab Qudərzinin göstərişi ilə baş verib.

Siyasi məhbuslara hücum 6-cı bölmənin rəhbəri Qudərzi ilə birlikdə həyata keçirilib və siyasi məhbuslar, o cümlədən Tahir Nəqəvi təhlükəsizliyi təmin olunmadığı üçün ümumi zalda oturaq aksiyaya başlayıb.

Siyasi məhbuslar ölümlə hədələnib və həyatları ciddi təhlükə altındadır.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …