Şənbə , May 15 2021
azfa

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Həmid Mənafi klinikaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Həmid Mənafi klinikaya yerləşdirilib.

Azərbaycanlı siyasi məhbusun sağlıq durumunda ciddi problemlərin yarandığı bildirilir.

Bir neçə dəqiqə öncəfəalın məhbus yoldaşlarından biri ailəsi ilə telefon əlaqəsi saxlayaraq millli fəalın sağlıq durumunun ağırlaşdığını və onun zindanın tibb məntəqəsinə köçürüldüyünü bildiriblər.

Onların dediyinə görə, Həmid Mənafinin sağlıq durumu gecə saat 1-də ağırlaşıb. Tibb məntəqəsində fəala sistem qoşulub və iynə vurulduqdan sonra yenidən bölməyə qaytarıblar.

Ancaq bu gün saat 11-də yenidən azərbaycanlı siyasi məhbusun sağlıq durumunun pisləşdiyi və onda koronavirusa yoluxma simptomları göründüyünə görə yenidən tibb məntəqəsinə köçürülüb. Hələlik fəalın vəziyyəti barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …