Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Həmid Mənafi yenidən klinikaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Həmid Mənafi yenidən klinikaya yerləşdirilib.

Bu barədə həmin bölmədə saxlanılan məhbuslar ailələri ilə telefon danışığı zamanı bildiriblər.

Məlumata görə, Həmid Mənafi Nadarlının durumunun yenidən ağırlaşıb və onu zindanın tibb məntəqəsinə köçürüblər.

Bir neçə gün öncə də davamlı ösgürək və qızdırmadan əziyyət çəkən milli fəal tibb məntəqəsinə köçürülmüşdü.

Onun sağlıq durumu barədə hər hansı yeni bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …